06 aprel 2025 23:06
357

Milli Hokkey Liqasında yeni rekord qeydə alınıb

"Vaşinqton"un hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümündə "Nyu-York Aylenders"ə qarşı oyunda 895-ci qolunu vurub.

“İki sahil” xəbər verir ki, bununla da o, yarışın tarixində 894 qol vuran, Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskiyə məxsus rekordu qırıb.

A.Oveçkin rəqib komandada çıxış edən həmyerlisi İlya Sorokinə qol vurub. Beləliklə, Oveçkin liqanın ən sərrast snayperlərinin siyahısında birinci pilləyə yüksəlib.