“Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatlandırılıb.
“İki sahil” xəbər verir ki, ona Misli Premyer Liqasının 29-cu turunda bu gün "Zirə" ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.