Misli Premyer Liqasının 28-ci turunda “Sabah” “Kəpəz”i qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışda yeganə qolu “Kəpəz”in futbolçusu Valdemar Almeyda 41-ci dəqiqədə vurub.
Bununla da Gəncə təmsilçisi qələbə qazanıb.
Misli Premyer Liqası,
28-ci tur
6 aprel (bazar)
17:00. “Sabah” 0-1 “Kəpəz”
Qol: Valdemar Almeyda, 41 (0-1)
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
“Bank Respublika Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”