13 sentyabr 2017 15:59
425

“Ulduz müharibələri” filminin yeni rejissorunun adı məlum olub

“Ulduz müharibələri” filminin doqquzuncu hissəsinin rejissorunun adı məlum olub

“Ulduz müharibələri” filminin doqquzuncu hissəsinin rejissoru və ssenarisinin müəllifinin adı açıqlanıb.

AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Lucasfilm” şirkəti məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin mayında işıq üzü görəcək doqquzuncu hissənin rejissoru yenidən Cey Cey Abrams olacaq. O, həmçinin filmin 2015-ci ildə ekranlara çıxdığı yeddinci hissəsinin rejissoru və ssenaristidir.

Qeyd edək ki, filmin səkkizinci hissəsi bu ilin dekabrında prokata çıxacaq.