Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.
Hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.
Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Bir sıra marşrut avtobuslarının hərəkətində ləngimələr yarana biləcəyi barədə xəbərdarlıq edilib
Sürücülərin nəzərinə: Bakının bu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq