“Siyasi və qanunsuz həbslər təkcə Yeni Kaledoniyada deyil, digər dənizaşırı ərazilərdə də həyata keçirilir. Biz Bakı Təşəbbüs Qrupu (BTQ) olaraq siyasi məhbuslara dəstək göstəririk”.
“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçiriləcək “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfransından öncə təşkil olunmuş mətbuat konfransında səsləndirib.
“Yeni Kaledoniyada kolonializmlə bağlı faktlar son bir-iki ildə dünya ictimaiyyətinə məlum məsələ deyil. 80-ci illərdən bəri Fransa hökuməti ilə danışıqlar aparılır. Biz BTQ olaraq Fransa və Yeni Kaledoniya arasında danışıqlarda vasitəçi ola bilərik. Düşünürəm ki, bu ərazilərlə bağlı qanunsuz həbslərin, insan hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Biz beynəlxalq qeyri-hökumət təşkilat olaraq bu danışıqlarda vasitəçi ola bilərik”, - deyə o qeyd edib.
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Media dekolonizasiya prosesinin əsas hərəkətverici qüvvələrindən biridir - Abbas Abbasov
Burkina-fasolu jurnalist: Bakı Təşəbbüs Qrupu dekolonizasiya ilə bağlı səslərin dünyaya çatdırılmasına imkan yaradır