Qubada yol-nəqliyyat hadisəsi baş verib, "OPEL" və "Neta GT" markalı avtomobillər qəza törədib.
“İki sahil” xəbər verir ki, Quba şəhəri, Heydər Əliyev prospektində avtomobillər manevr edərkən avtoqəza törədiblər.
Belə ki, hadisə şahidlərinin sözlərinə görə, 50DU248 dövlət nömrə nişanlı, "OPEL" markalı avtomobilin sürücüsü düzxətli hərəkətdə olarkən, dönmə manevri edən Bakı şəhər sakini Rüstəmzadə Həsənin idarə etdiyi "Neta GT" markalı, 77ZZ710 dövlət nömrə nişanlı avtomobili ilə toqquşub, daha sonra işıqlandırma dirəyinə çırpılıb. Məlumat görə, xəsarət alan olmasa da avtomobillərə və işıqlandırma dirəyinə ziyan dəyib.
Hadisə yerinə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Aydın Adıgözəlov,
Quba, İki sahil" üçün