Ölkəmizdə və dünyanın bir sıra ölkələrində Novruz Bayram günləri keçirilir. Hər bir bölgəmizdə bayram şənlikləri keçirilir. Ölkəmizdə yaşayan etnik millətlər də Novruz bayramını fərqli şəkildə qeyd edirlər.
Qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olan Novruz bayramını ölkəmizdə yaşayan etnik millətlər də qeyd edirlər.
Quba rayonunun Yeni Güləzi kəndində yaşayan tatlar da bir müddət əvvəl kənd ərazisində yer sürüşməsi ilə əlaqədar yaşayışın mümkünsüzlü səbəbindən Dağ Güləzi kəndindən bura köçüb gəlsələr də öz milli adət ənənələrini qoruyub saxlayırlar.
Yeni Güləzi kəndində yaşayan tatların Novruz adətləri, özünəməxsus folklor nümunələri, milli mətbəxi bayram şənliklərinə əlavə rəng qatır.
Bu bayramda küslülər barışarlar, bir birinə bayramlaşmağa gedərlər.
Respublikamızın bölgələrində yüksək əhvali-ruhiyyə ilə qeyd olunan novruz xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərir. Bu ənənələrin yaşadılması xalqımızın soy kökünə olan bağlılığının bariz nümunəsidir.
Bayramınız mübarək olsun!
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün