12 mart 2025 12:09
101

Azərbaycanda sahibkarlara 3,3 milyard manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmlərindən indiyədək ölkə üzrə 52 mindən çox sahibkar faydalanıb.

“İki sahil” xəbər verir ki, bunu SİF-ın İdarə Heyəti sədrinin müavini Eldar Həmidov 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində və fərqli iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlara verilmiş güzəştli kreditlərin ümumi həcmi 3,3 milyard manatdan çoxdur.

“Biz hər il daha çox sahibkarın dövlət güzəştli kreditlərindən yararlanması üçün çalışırıq. Təsadüfi deyil ki, 2024-cü ildə Fond tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 % artaraq 7 222-yə çatıb. Verilmiş kreditlərin məbləği isə 28 % artaraq 248 milyon manat olub”