11 mart 2025 23:27
90

300 ailə vulkana görə təxliyə edilib və...

Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb.

“İki sahil” xəbər verir ki, 300 ailə təxliyə edilib, 30 min insan təhlükə altındadır. Lava və kül buludları paytaxtın 50 km cənub-qərbində müşahidə olunub. Məktəblər və yollar bağlanıb.

Qeyd edək ki, Fueqo vulkanı dünyanın ən aktiv vulkanlarından biridir. Sonuncu dəfə 2018-ci ildə böyük püskürmədə 215 nəfər həyatını itirmişdi.

Hazırda itki barədə məlumat yoxdur, amma vəziyyət nəzarətdə saxlanılır.