Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qrupu üçün qlobal iqtisadi və enerji bazarları üzrə gözləntiləri və əsas fərziyyələri əhatə edən Çərçivə sənədi təqdim edilib.
“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, sənədi şirkətin baş iqtisadçısı - prezidentin müşaviri Ramin Dənyarov təqdim edib.
Məlumata görə, SOCAR-ın seqment rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə qlobal iqtisadi proqnozlar, iqtisadi və enerji siyasəti mühiti, maliyyə və kapital bazarlarındakı tendensiyalar, neft-qaz sənayesindəki proseslər və ehtimal olunan risklər barədə geniş məlumat verilib.
Çərçivə sənədinin SOCAR-da strateji planlaşdırma, proqnozlaşdırma, maliyyə-büdcə modelləşdirməsi, risklərin idarə olunması və investisiya layihələrinin qiymətləndirilməsi sahələrində istinad mənbəyi kimi istifadəsi nəzərdə tutulur.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO