Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 28-də başa çatıb.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.
Azərbaycan və Meksika mədəni və təhsil əməkdaşlığı məsələlərini müzakirə ediblər