SOCAR-ın prezidenti Rövşən Nəcəf Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.
Şirkətdən “İki sahil”ə verilən məlumata görə, görüşdə cari il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib