Nüsnüs kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Zərif Salehzadə gələcəyin texnologiyalarını yaratmaqda davam edir
Kibertəhlükəsizlik sahəsində böyük bir addım atıldı! Azərbaycanın 4 bölgəsindən ən yaxşı startapları seçən hakatonda Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Zərif Salehzadə yaratdığı “KvantSafe” kibertəhlükəsizlik layihəsi ilə qalib oldu!

“İki sahil” xəbər verir ki, KvantSafe - kvant texnologiyasına uyğun kibertəhlükəsizlik həlləri təqdim edən innovativ bir sistemdir və gələcəyin texnologiyalarını bu gündən formalaşdırır. Layihə hakatonda qalib gələrək inkubasiya proqramına seçilib. Bu uğur İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sup.vc, İnnostrat və NDU tərəfindən təşkil olunan yarışmada əldə edilib.

Bununla yanaşı, Zərif Salehzadə İT sahəsində aşağıdakı uğurları da qazanıb:
İDDA-nın “Technest təqaüd proqramı”da iki dəfə 100% təqaüd - əvvəlcə “Data Analitika”, daha sonra “Data Science” üzrə fərqlənmə diplomu ilə məzun olub;
Almaniyanın Constructor Universiteti və İDDA-nın təşkilatçılığı ilə keçirilən “Digital Azerbaijan Talent Schoolun” “Girls in IT” kateqoriyasının məzunudur;
“İTi Zəka-2” hakatonunda “SafeOrbitNet” mobil tətbiq layihəsi ilə finala yüksəlib;
İDDA Cup “Spring 2024 Proqramlaşdırma” olimpiadasında iştirak edərək ADA Universitetində təşkil olunan “ICPC Azərbaycan” düşərgəsinə qatılıb.
Zərif Salehzadə “Data Science” sahəsində Junior Developer Proqramçıdır.
Zərifin uğurları və innovativ layihələri gələcəyin texnologiyalarını formalaşdırmağa davam edir!