"İnter Mayami"nin sahibi, ingiltərəli keçmiş oyunçu Devid Bekhem klubun argentinalı hücumçusu Lionel Messi haqqında danışıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçunu tarixin ən yaxşı futbolçusu adlandırıb:
“Düşünürəm ki, Messi dünyanın ən yaxşı oyunçusudur. Bu, yalnız hazırkı dövrlə əlaqəli deyil. O, ümumilikdə futbol tarixinin ən yaxşısıdır. Messi zamansızdır".
Xatırladaq ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb