Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Pakistanın enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Müzakirələr R. Nəcəfin Pakistanın özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşü zamanı aparılıb.
“SOCAR və Pakistanın enerji şirkətləri arasındakı mövcud tərəfdaşlıqdan məmnunluğumuzu ifadə etdik. Görüş çərçivəsində birgə layihələrin icrası və enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - R. Nəcəf bildirib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO