Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə İnsan İnkişafı Forumu keçirilib.
“İki sahil” xəbər verir ki, forum çərçivəsində "İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması" mövzusunda panel iclas təşkil edilib. Paneldə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib.
Rektor insan kapitalının inkişafında #təhsil müəssisələrinin rolunu vurğulayaraq, gənclərin qlobal əmək bazarına hazırlıqlı olması üçün biznes mühitinə inteqrasiyanın və müasir texnologiyalara yiyələnmənin əhəmiyyətini vurğulayıb.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO