Son 10 ildə “Azərişiq” ASC-nin əldə etdiyi nailiyyətlərdən biri də enerji itkisinin qarşısının alınmasından ibarətdir.
“İki sahil” xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən mətbuat konfransında “Azərişiq” ASC nin Enerji satışı departamentinin İnnovasiya Araşdırmalar Mərkəzinin rəis müavini Rüstəm Quliyev deyib.
O bildirib ki, bu müddət ərzində enerji yığımı 80 faizdən 97,5 faizə yüksəlib.
“Texniki itkilər isə 13,9 faizdən 8,5 faizə endirilib. Enerji itkisinin qarşısınin alınması istiqamətində işlər davam etdirilir, müasir standartlar və yeni texnologiyalar tətbiq edilir”, - deyə R.Orucov əlavə edib.
TİF, Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 8 %-ə yaxın artırıb