Beynəlxalq Enerji Agentliyi (BEA) ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə BEA-nın rəhbəri Fatih Birolla Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında fikir mübadiləsi aparılıb.
"Biz Antalyadakı müzakirələrin Bakıdakı COP29-un nəticələrinə, o cümlədən Qlobal Enerji Saxlanması, Şəbəkələr Öhdəliyinə və əvvəlki digər COP-ların nəticələrinə necə əsaslana biləcəyi barədə danışdıq", - F. Birol "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, görüş Türkiyədə keçirilən COP31 çərçivəsində baş tutub.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb