05 fevral 2025 17:12
116

Səbinə Xasayeva 28 May qəsəbəsində vətəndaşları qəbul edib

2025-ci il fevralın 5-də 11 saylı Binəqədi-Qaradağ  seçki dairəsi üzrə Milli Məclisin  deputatı Səbinə Xasayeva  Binəqədi rayonundakı 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı görüşdə seçicilərin müraciətlərini dinləyib, onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən  nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.   

Qəbulda  Binəqədi rayon icra hakimiyyəti  başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak edib.