Bu, açıq formada ermənilərin sülh, sabitlik istəməməsi deməkdir
Türkiyə Böyük Millət Məclisinin sabiq erməni əsilli deputatı Qaro Paylanın Ermənistanda iştirak etdiyi bir proqramda Azərbaycan əleyhinə qəbuledilməz ifadələr işlədib. Bəllidir ki, Paylan marionetkadır və ümumilikdə erməni siyasi təfəkkürünü nümayiş etdirir. Bu isə bir daha təsdiq edir ki, Ermənistana verilən silahlar yeni müharibəyə hazırlıq məqsədi daşıyır. Bunlar geri qaytarılmalıdır. Ermənistanın silahlandırılması regionda yenidən müharibə təhlükəsini yaradır.
Bu məsələni "İki sahil"ə dəyərləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi əslində Qaro Paylanın çıxışını biz təsadüfi hesab edə bilmərik. Çünki, həmin çıxışın səsləndiyi dövrə və ondan əvvəl və sonrakı periodlara diqqət etsək, oxşar bəyanatlar istər Ermənistanda, istər Avropada, hətta Avropa Parlamentinin özündə belə səsləndirilib. Yəni bu, o deməkdir ki, vahid mərkəz, o cümlədən Soros mərkəzi tərəfindən müvafiq tezisləri yayılır və həmin tezislər əsasında Azərbaycana münasibətdə qarayaxma kampaniyası, hücum planları, güc göstəricisi və.s ifadə olunur. Bu mənada hesab edirik ki, dünya ictimaiyyəti, beynəlxalq hüquqdan danışanlar, beynəlxalq hüququn aliliyindən, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməməkdən danışanlar, Ermənistanı açıq şəkildə müharibəyə çağıran, Ermənistanın təcavüzkar ideyalarından danışan, Ermənistanın gələcəyi, işğal, təcavüz planlarını ortaya qoyan belə tezislərə laqeyd qalmamalıdırıar. Çünki bu, açıq formada yeni münaqişəyə hazırlıq deməkdir. Bu, açıq formada ermənilərin sülh, sabitlik istəməməsi deməkdir və maraqlı ondan ibarətdir ki, eyni tezislərlə təqribən beş il əvvəl Ermənistanın o zamankı müdafiə naziri çıxış edirdi. Yeni müharibə, yeni torpaqlar və Ermənistanın aqibəti nə oldu? Biz bunu gördük və digər tərəfdən artıq ermənilər başa düşməlidir ki, zaman da onların lehinə işləmir.
Deputat bildirdi ki, Ermənistan bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Fransaya ümid edirdi. ABŞ-a səfər edən Ermənistanın baş naziri faktiki olaraq heç bir rəsmi şəxslə görüşə bilməyib. Zaman onların əleyhinə işləyir və erməni xalqı başa düşməlidir ki, Türkiyədən olan keçmiş deputatın, eləcə də Fransadan, Avropa Parlamentinin və ya hər hansı bir digər bir ölkədən olan deputatın bəyanatı erməni xalqını yalnız və yalnız uçuruma aparır və Ermənistanın möhtərəm Prezidentinin müvafiq müşavirədə qeyd etdiyi kimi, dalan dövlət statusunu yalnız və yalnız dərinləşdirir. Bilirsiniz ki, Ermənistan havadarları tərəfindən sürətlə silahlandırılır. Ermənistan məğlub dövlətdir, üstəlik, təhlükəli dövlətdir. Bölgədə sülh, sabitlik üçün təhdid yaradan dövlətdir. Ermənistana verilən silahlanılar geri qaytarılmalıdır. Qarşıda bütövlükdə Ermənistanın demilitarizasiya olunması hədəfi dayanmalıdır ki, bölgə nəhayət ki, dayanıqlı sülhə qovuşsun. Bəli, bu gün ölkəmiz sülh istiqamətində çalışır. Amma biz görürük ki, Ermənistan beş il ərzində vaxt udub sonra təkrar hücum etmək planları barədə düşünür. Amma hər kəs bilməlidir ki, istənilən tezisin ortaya açılmasından asılı olmayaraq, Azərbaycana münasibətdə istənilən təhdid yerindəcə zərərsizləşdiriləcək.
Səbinə Kazımova, “İki sahil”