Energetika naziri Pərviz Şahbazov fevralın 28-də Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Saatlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4900, Saatlı şəhəri, Heydər Əliyev meydanı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]), Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov, əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub