Gənclər təşkilatları Qərbi Azərbaycana qayıdış məsələlərində aktiv fəaliyyət göstərirlər.
“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov “Qərbi Azərbaycana qayıdış” Gənclərin Toplantısından öncə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir Azərbaycan gəncliyinin bu cür fəallığı təqdirəlayiqdir:
“Gənc nəslin bu cür aktiv fəaliyyəti qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması istiqamətində məqsədə çatmasına böyük fayda verəcək”.
Şura sədri cari ildə gənclərin ictimai-siyasi fəaliyyəti ilə bağlı həm yerli, həm də beynəlxalq müstəviyə çıxaracağı bir sıra təşəbbüslərinin də olduğunu söyləyib.
Qərbi Azərbaycandan olan qaçqınların statusu haqqında qanunun hazırlanması üzrə işçi qrupunun yaradılması təklif edilib
Əziz Ələkbərli: Qərbi Azərbaycan İcmasının tarixi torpaqlara qayıdışla bağlı əsas istinadgahı beynəlxalq hüquqdur
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə