09 noyabr 2026 11:25
75

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə icmadan məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.