“Fürsətdən istifadə edib AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında göstərdiyi operativ reaksiyaya görə Qazaxıstan hökumətinin başçısı Oljas Bektenova təşəkkür edirəm”.
“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Avrasiya hökumətlərarasə Şuranın iclasında deyib.
O, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan baş nazirinə minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Azərbaycan iclasda qonaq kimi iştirak edir.
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir
Prezident: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər