SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "Cücələrim" startapı II yerə layiq görülüb və “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.
“İki sahil” xəbər verir ki, mükafatlandırma mərasimi “ASAN xidmət”in "Demo Day" tədbirində baş tutub.
12 ali təhsil müəssisəsi və 2 mindən çox tələbənin iştirak etdiyi layihədə BANM-ın startapı ən yaxşı layihə seçilib.
Layihənin elmi rəhbəri Ali Məktəbin Biznes kaferasının müdiri Altay İsmayılov, komanda üzvləri isə Biznesin idarə edilməsi ixtisasının tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva, eləcə də Kimya mühəndisliyi ixtisasının tələbəsi Kənan Məhərrəmlidir.
Tələbələr Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramında iştirak etmək imkanı qazanıblar.
"Cücələrim" erkən yaşda uşaqların nitq qabiliyyətlərinin inkişafını dəstəkləyən, dünyagörüşünü genişləndirən və milli dəyərləri aşılayan tətbiqdir.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO