Bu gün keçirilən bələdiyyə seçkiləri üzrə səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.
“İki sahil” xəbər verir ki, burada seçici fəallığı 38,50 faiz olub.
Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir.
Burada aktivlik göstəricisi 24,45 faizdir.
Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir