Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 3-cü üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.
H.Fidan Türkiyənin Azərbaycan və Özbəkistanla ikitərəfli münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb.
"Bu üçtərəfli iclaslar vasitəsilə biz regionun inkişafına töhfə verəcəyik. Bu formatın növbəti iclasına qardaş Azərbaycan ev sahibliyi edəcək", - o bildirib.
Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir