Sanksiyalar səbəbilə yaranan enerji böhranı enerji ilə zəngin olan Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
O qeyd edib ki, Türkiyə region və ətrafı üçün sülh, rifaq, sabitlik yaradır.
Nazir Suriyadakı dəyişikliklərdən də söz açaraq vurğulayıb ki, Suriyadakı dəyişikliklər bölgə üçün yeni fürsət pəncərəsi yaradıb:
“Suriyanın dirçəlməsinə dəstək verməliyik. Onun inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin olunacaq, həmçinin logistika, ticarət, enerji kimi sahələrdə yeni imkanlar yaranacaq”.
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir