SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda 2024-cü il noyabrın 11-22-də keçirilmiş COP29-da könüllü və fəal iştirak etmiş 76 tələbə ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tələbələrin göstərdiyi fəallığa yüksək qiymət verildiyini və onların təşəkkürnamə ilə təltif edildiyini vurğulayıb. Könüllülərə həmçinin pul mükafatı da təqdim edildiyini xatırladıb.
Elmar Qasımov ölkə başçısına minnətdarlığını ifadə edərək, COP29-un iqlim dəyişiklikləri ilə mübarizədə qlobal əhəmiyyət daşıdığını, bu tədbirin həm Azərbaycan, həm də BANM tələbələri üçün böyük təcrübə platforması olduğunu vurğulayıb.
Sonda rektor təşəkkürnamələri təqdim edib.
Tələbələr isə COP29 təcrübələri ilə bağlı öz təəssüratlarını bölüşərək bu tədbirin onların şəxsi və peşəkar inkişaflarına müsbət təsir etdiyini bildiriblər.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO