SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin startapı “BullyGuard” IE Business School-da təmsil olunacaq.
“İki sahil” xəbər verir ki, "BullyGuard" SABAH.HUB tərəfindən təşkil edilən IE Business School inkubasiya proqramına qəbul edilən 21 startapdan biri olub. Üç ay davam edən proqram çərçivəsində IE Business School-un təcrübəli heyəti tərəfindən keçirilən sessiyalar zamanı tələbələr startapın inkişaf etdirilməsi üçün dəyərli biliklər əldə ediblər.
Komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədova, üzvləri isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Zahid Abdullayev, Rəna İsayeva, Qurban Quliyev və Kompüter mühəndisliyi ixtisasının tələbəsi Banu Əlilidir.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO