26 sentyabr 2017 18:27
891

ATV-nin rəhbəri dəyişdirilib

Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəbəri olub.