Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.
"İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar.
Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb.
Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO