Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, JBIC-nin idarəedici direktoru Nobumitsu Hayaşi ilə məhsuldar görüşü olub: “Müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın daha da gücləndirilməsinə yönəlib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) imzalanmış Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişinin əhəmiyyətini vurğulanıb. Biz innovativ “yaşıl həll”ərə dəstək vermək, bərpa olunan enerji layihələrini təşviq etmək, yeni biznes imkanlarını araşdırmaq və enerji sektorunda davamlı inkişafı təmin etmək öhdəliyimizi təsdiq etdik”.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir