İzlənilmə rekordları qıran "Game of Thrones" ("Taxt oyunları") serialında birlikdə çəkilən aktyor Kit Harrinqtonla aktrisa Rouz Lesli ailə qurur.
5 ildir sevgili olan cütlük ötən ay aldıqları 7 milyonluq malikanədə yaşayır. Rouz artıq toy hazırlıqlarına başladıqlarını deyib.
Qeyd edək ki, Kit "Taxt oyunları"nda Con Şou, Rouz isə İqritte obrazını canlandırıb.