27 sentyabr 2017 19:48
686

Müğənni təyyarədə sərnişinləri qorxutdu

Son vaxtlar etdiyi qalmaqallarla gündəmdən düşməyən gənc müğənni Aleyna Tilkitəyyarədə sərnişinləri qorxudub. 

Milli.Az bildirir ki, Aleyna qaydaları pozaraq təyyarədə mobil telefonunu söndürməyib. Müğənninin telefonla danışdığını görən sərnişinlər təşvişə düşüblər. Təkidlərə baxmayaraq Tilki telefonunu söndürməyib.
 
"Heç nə olmaz" deyərək danışmağa davam edən Aleynaya ikinci pilot məcbur müdaxilə etməli olub. 17 yaşlı müğənniyə xəbərdarlıq edilərək telefonu söndürülüb.