Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Məlumata görə, təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət görüşün əsas mövzusu olub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Azərbaycan-Türkiyə münasibətləri dünyada nadir rast gəlinən qardaşlıq modelidir - ŞƏRH
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib