27 sentyabr 2017 20:57
610

Azərbaycanlı model uşaq Gürcüstanda birinci olub

Gürcüstanın Batumi şəhərində keçirilən “Top Child Model of the Planet-2017” Beynəlxalq Uşaq Müsabiqəsinə yekun vurulub.

Müsabiqənin əlaqələndiricisi Vüqar Səfərli AZƏRTAC-a bildirib ki, ölkəmizi təmsil edən 14 yaşlı Raul Abbasov bütün münsiflər heyətindən yüksək bal qazanaraq yarışın birincisi olub. Beləliklə, Raul Abbasov “Top Child Model of the Planet-2017” müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.

Xatırladaq ki, R.Abbasov bu il “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə paytaxtımızda keçirilən “Yay əyləncəsi” uşaq moda müsabiqəsində üçüncü yerə sahib çıxıb.

Gürcüstanda keçirilən beynəlxalq müsabiqənin milli direktoru Aqil Məmiyevdir.