Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.
Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.
Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan yaxın əməkdaşlığın inkişaf edən müsbət dinamiki qeyd edilib, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.
Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Azərbaycan-Türkiyə münasibətləri dünyada nadir rast gəlinən qardaşlıq modelidir - ŞƏRH