Plana uyğun olaraq, yanvarın 17 -də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar