Müzakirələr fonunda Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur.
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə səsləndirib.
Nazir bildirib ki, Azərbaycan və Gürcüstan ərazi bütövlüyü məsələsinə hörmət etsə də, regiondakı digər qonşumuz Ermənistan buna əməl etmir. Ermənistanın uzun illər işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan sülh təklifini qarşı tərəfə çatdırıb. Son illərdə isə sülh müzakirələri barədə irəliləyişlər əldə olunub.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb