16 yanvar 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Liviya Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub. Bu xüsusda, SOCAR ilə Liviyanın Milli Neft Şirkəti arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində müzakirələrin aparıldığı vurğulanıb.
Söhbət zamanı treydinq və hasilat layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Azneft” İB 106 saylı orta məktəbdə şagirdlər üçün növbəti səyyar tibbi müayinə aksiyası keçirib
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb