Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla təqaüd Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb