SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil alır.
BANM-dən "İki sahil"ə bildirilib ki, neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Həqiqət Quluzadə və Aysel Novruzlu 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirirlər.
BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar. Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıb.
Güclü qar yağması dağlıq rayonlarda avtomobillərin hərəkətinə çətinliklər yaradıb
Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO