14 yanvar 2025 13:43
106

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına qoşulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub.

“İki sahil” xəbər verir ki, xeyriyyə yarmarkasına qoşulmaqda məqsəd ictimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaqdır.

Nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər.

Tədbir çərçivəsində həmçinin uşaqlar üçün master-klass təşkil olunub.

Qeyd edək ki, tədbir cəmiyyət arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, təhlükəli tullantı sayılan batareyaların düzgün idarə olunması barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.