Sumqayıt şəhəri, Corat qəsəbəsində silah-sursat aşkar edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yaylıb.
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 7,62 mm-lik AK-74 avtomatı, 1 ədəd AK-74 avtomatının güllə darağı və 28 ədəd 7,62 mm-lik güllə olduğu müəyyən edilib.
Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Ombudsman Aparatının əməkdaşı İƏT Ombudsmanlar Assosiasiyasının Alt Komitəsinin ikinci iclasında iştirak edib
ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək