SOCAR-ın Bakı Ali Neft Məktəbinin "BHOSWARE" komandası dünyanın top universitetlərinin komandalarını üstələyib.
“İki sahil” xəbər verir ki, hər il Hack The Box platforması üzərində keçirilən universitetlər arası qlobal kibertəhlükəsizlik yarışmasında ölkə üzrə birinci, dünya üzrə isə 21-ci yeri qazanıb.
21. Baku Higher Oil School
37. University of TARTU
40. Hacettepe University
41. Technische Universität München
59. Warsaw University of Technology
74. Newcastle University
103. Taltech
135. King's College London
159. University of California, Santa Barbara
173. University of Cambridge
197. The Queen's University Belfast
200. University of Southampton
Yarışda dünya üzrə 1128 komanda iştirak edib.
Komandamız Ali Məktəbin İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrindən ibarətdir.
Tələbələrimizi təbrik edir, qürur duyuruq