SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəsul Ələkbərov mübadilə proqramı çərçivəsində Polşanın AGH Elm və Texnologiya Universitetində təhsil alır.
Ali məktəbdən “İki sahil”ə bildirilib ki, proqram çərçivəsində R.Ələkbərov Azərbaycanın mədəniyyəti, tarixi və müasir nailiyyətləri barədə təqdimat edib.
Təqdimatda o, Azərbaycanın tarixi, multikultural dəyərləri, mədəniyyəti, milli-mətbəxi, həmçinin Formula 1 və COP29 iqlim konfransı kimi mühüm tədbirlər barədə məlumat verib.
Təqdimatın sonunda interaktiv sorğu-sual təşkil olunub və qaliblərə Azərbaycandan gətirilmiş xüsusi hədiyyələr təqdim edilib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO