"VIGINUM" əsassız iddialarıla Bakı Təşəbbüs Qrupunun nüfuzuna kölgə salmağa çalışır.
“İki sahil” xəbər verir ki, bunu Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, BTQ beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq fəaliyyət göstərir:
"Biz neokolonializmdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə dəstək göstəririk və göstərməyə də davam edəcəyik".