Yaponiyada 6 maqnitudalı zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə TASS Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadla məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeandakı ucqar Tori adalarında, ocağı isə 420 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.